Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Pekin və Londonu birləşdirən nəqliyyat dəhlizi açır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan cümə axşamı Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, əgər əvvəllər bu dəhlizin iki tərkib hissəsi olan “Marmaray” dəmiryol tuneli və BTQ mövcud deyildisə, indi tunel artıq istismara verilib, növbə 2015-ci il ərzində istismara veriləcək BTQ layihəsinindir: "Bu layihə təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün deyil, ümumilikdə bütün region üçün əhəmiyyətlidir".
L.Əlvan bildirib ki, gündəlikdə Naxçıvan-Qars dəmiryol layihəsi də durur. Bu layihə dünən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla müzakirə olunub: "Gündəlikdə iki ölkə arasında əməkdaşlıqda çox mühüm olan bu layihə durur".
Azərbaycanın Baş nazirinin birinci müavini Abid Şərifovun jurnalistlərə dediyi kimi, Türkiyə tərəfi Naxçıvan-Qars dəmiryol layihəsi çərçivəsində layihənin sənədləşdirilməsi və texniki-iqtisadi əsaslandırılması (TİƏ) üzərində çalışır. O, layihənin Azərbaycanın vəsaiti hesabına reallaşdırılacağını bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR