“Bu, əsil biabırçılıqdır”

“Bu, əsil biabırçılıqdır”
İbtidai sinif uşaqları üçün dərsliklərdə öyrədilən yol hərəkəti qaydalarında olduqca kobud səhvlər var.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib.
Ekspert dərsliklərdə yol hərəkəti ilə bağlı verilən mətn və şəkilləri belə izah edib:
"İbtidai sinif uşaqları üçün dərslikdə guya yol hərəkəti qaydalarına həsr olunmuş bu şəkil və balaca mətn mənim də diqqətimi çəkdi. Mediada bu dərslikdəki mətndə yol verilən texniki səhvə - "sola" əvəzinə "sağa" yazılmasına diqqət yetirilir. Əslində bu, o qədər də faciəli sayılmayacaq texniki səhvdir. Amma yazıda və şəkillərdə faciə sayıla biləcək başqa səhv var. Nə mətndə, nə də şəkillərdə yolun piyada keçidi ilə keçilməli olduğu deyilir (təsvir olunmur). Bax, əsil faciə budur: övladlarımıza öyrədirik ki, yolu haradan kefin istəyir keç. Dəfələrlə dediyimi bir də təkrarlayıram: yol hərəkəti qaydaları Misir kahinlərinin qaranlıq mağarada saxladığı sirr deyil. Bu, hər yerdə tapılan qanunda yazılıb, bunu hər kəs bilməlidir. Bunu bilməyən adamın başqasına, özü də məktəb dərsliyində yol hərəkəti qaydaları öyrətmək istəməsi isə əsil biabırçılıqdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az