Bu ilin oktyabr ayında Yer sakinləri "Planetlər paradı" adlandırılan kosmik hadisəni müşahidə edə biləcəklər.
Planetlərin kiçik paradı ən ecazkar astronomik hadisələrdən biri hesab olunur. Bu zaman Günəş sisteminin planetlərinin bir hissəsi kiçik sektorda Ayın bir tərəfində sıralanacaq. Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər.
Sözügüdən hadisənin əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq. Parad 8 oktyabrda başlanacaq. Bu zaman Yer kürəsinin təbii peyki olan Ay səhər səmasında planetlər qrupuyla yaxınlaşacaq. Bu kosmik hadisə 20 oktyabrda Merkurinin "xətti" pozaraq səhər səmasından yox olmasıyla bitəcək.
Astronomların sözlərinə görə, planetlər paradını aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq.
Virtualaz.org
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”