Bu məhsulların idxal rüsumu azaldıldı

Bu məhsulların idxal rüsumu azaldıldı
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən körpə uşaqlar üçün tərəvəzin, meyvənin, qoz-fındığın və bitkilərin digər hissələrindən emal edilmiş məhsulların idxal gömrük rüsumları ləğv ediləcək, yaxud azaldılacaq.
Miq.az
xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə %-dən çox olan homogenləşdirilmiş hazır məhsullara 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə % -dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz gömrük idxal rüsumu tətbiq olunur.
Yanvarın 1-dən isə hazırda körpə uşaqlar üçün homogenləşdirilmiş tərəvəz və isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə %-dən çox olan homogenləşdirilmiş hazır məhsullara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilir. İsti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası qrupundan tərkibində şəkərin miqdarı 13 kütlə %-dən çox olan tropik meyvələrdən homogenləşdirilmiş hazır məhsullara isə 10 faiz deyil, 5 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.
Hazır şorbalar və bulyonlar və onların hazırlanması üçün tədarüklər qrupundan uşaqlar üçün  homogenləşdirilmiş hazır mürəkkəb (qarışıq) qida məhsulları üçün tətbiq edilən 5 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az