Qızıyla evlənənə 133 milyon dollar verəcək
Honq-Konqun ən zəngin insanlarından biri olan iş adamı Cecil Chao Sze-Tsunq lesbiyan qızını evlənməyə razı salacaq kişi üçün təklif etdiyi 60 milyon dollarlıq mükafatı yüksəldərək 133 milyona çatdırıb.
Cecil ilk dəfə 2012-ci ildə etdiyi təklifin ardından 20 min kişinin müraciət etməsinə baxmayaraq, qızının hələ də ürəyincə olan birisinin olmadığını düşünür.
Giginin uzun zamandır sevgilisi olan Şon İvlə evlənməsindən artıq iki il keçsə də, atası qızının hələ də subay olduğunu bildirir. O, qızını xoşbəxt və heteroseksual edən kişinin axtarışlarını davam etdirir.
Cecil Malayziyanın "Nanyang Siang Pau" qəzetinə verdiyi açıqlamada bildirib ki, qızının özəl həyatına qarışmaq istəməsə də, onun üçün layiqli ər axtarır.
Əmlak, investisiya, maliyyə, nəqliyyat, memarlıq və inşaat kimi bir çox sektorlarda fəaliyyət göstərən iş adamı miras qoyması üçün qızının bir kişi ilə evlənib uşaqlarının olmasını istədiyini dilə gətirib.
Ölkə.Az

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL