Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Sən tək deyilsən" verilişinə kömək üçün müraciət edən bir xanımı sərt şəkildə tənqid edib.
Hidayətqızı verilişə müraciət edənlərin onu aldatmasından gileylənib:
"Saflıqdan bu qədər istifadə etməyin də. Hamı məni aldadır. Belə şey olar? Gəlirlər, qucaqlayıram, öpürəm, bağrıma basıram, dərdini soruşuram, amma efirə çıxanda başqa söz deyir. Bu qadın bizim əməkdaşlara deyib ki, beş uşağıma baxa bilmirəm, onları uşaq evinə vermək istəyirəm. Heç kəs sözlə gəlmir bura. Hər birinin qeydiyyatı var, orada bütün sənədlər toplanır. Bizim əməkdaşların da yazığı gəlib ki, uşaqları atacaq. Gəlib bura çıxanda deyir ki, xalqdan kömək istəyirəm. Mən dilənçiliyin əleyhinəyəm. Sağlamlığınız, əliniz-qolunuz yerindədir. Niyə xalqdan dilənməlidir? Niyə belə şeyləri təbliğ etməliyik? Bizim çox gözəl iş yerlərimiz var. Ay dəyərli analarım, bacılarım, gəlib burada oturub, kimdənsə pul istəməkdənsə, həyətyanı sahə üçün müraciət elə. Əkib becərmək üçün rayon icra hakimiyyətləri özləri yalvarır... Tamaşaçılara müraciət edirəm. Bura dilənmək üçün gəlməyin".
Ölkə.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL