Cəlilabad sakini sahibsiz itin hücumuna məruz qalıb
Cəlilabad rayon sakini sahibsiz itin hücumuna məruz qalıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 8-də saat
14.00 radələrində rayonun Kazımabad kəndi ərazisində qeydə alınıb.
Kənd
sakini, 1978-ci il təvəllüdlü Aqil Məhəmməd oğlu Babayev küçədən
keçərkən sahibsiz it ona hücum çəkməklə sağ ayağına, sol əlinə, sağ
dizinə, sağ və sol döş nahiyəsinə dişi və dırnaqları ilə müxtəlif
dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Cəlilabad Mərkəzi
Rayon Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə peyvənd
vurulub və digər müvafiq tədbirlər görülüb.
Hazırda A. Babayevin vəziyyəti stabil qiymətləndirilir.
Vətəninfo.az