Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb

Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb
Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

"Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonun Qarazəncir kənd sakinləri 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.
Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az