Azərbaycanın təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Cənub” qaz dəhlizinin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, Almaniyanın “Sputnik” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) davamı olan və hazırda Türkiyə ərazisində inşası həyata keçirilən Trans-Anadolu qaz boru kəməri – TANAP İtaliya sərhədlərinə qədər uzanacaq “Trans-Adriatik” (TAP) boru kəməri ilə birləşəcək. “Hədəfimiz 2019-cu il Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz tədarük etməkdir”, – deyə N.Əliyev qeyd edib.
N.Əliyev bildirib ki, bu kəmər Avropanı alternativ təbii qaz mənbələri ilə təmin edəcək. Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunacaq həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və avropalılar bu asılılığı azaltmaq istəyirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR