Azərbaycanda keçirilən ilk Avropa Oyunları iştirakçılarının və qonaqların sərbəst hərəkətini və təhlükəsizliyini təmin etmək üçün Bakı yollarında çəkilən sarı zolağa daxil olduğuna görə cərimələnən sürücülərin yekun sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, mayın 29-dan iyunun 30-na kimi 1894 sürücü qadağan edilən zolaqdan istifadə etdiyi üçün onlar barədə protokol tərtib olunub.
İdarədən bildirilib ki, qadağanın bitdiyi son günün birinci yarısında Avropa Oyunları zolağına daxil olan 12 sürücüyə də protokol tərtib olunub.
Günün ikinci yarısından sonra 8 sürücü zolaqdan istifadə etsə də, onlara güzəşt olunub və protokol tərtib edilməyib.
Qeyd edək ki, iyulun 1-dən etibarən həmin zolaqdan yük maşınları istisna olmaqla, digər bütün minik avtomobilləri sərbəst istifadə edə bilərlər.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL