CİA-nın keçmiş şefindən Gülən ETİRAFI: "Buş onu..."

CİA-nın keçmiş şefindən Gülən ETİRAFI:

ABŞ Kəşfiyyatının keçmiş şefi, "Rand Corporation" mərkəzinin siyasi analitiki Qraham Fuller Türkiyədə dövlət çevrilişinə cəhd və Fətullah Gülənlə bağlı danışıb.

Miq.az publika.az-a istinadən bildirir ki, Fuller Gülənə dəstək olduğunu etiraf edib.
 
"2006-cı ildə Gülənin ABŞ-da "yaşıl kart" almaq istəyini mən həyata keçirmişəm. Gülənin ABŞ üçün təhdid olmadığına inandığımı dəfələrlə açıqlamışam. "Yaşıl kart" almağına dəstək verməyim "Siyasi islamın gələcəyi" kitabını yenicə bitirdiyim dövrə təsadüf edir. Lakin Buş hakimiyyəti terrorla mübarizə hərəkatında Güləni deportasiya etmək istədi. Lakin mən CİA rəsmisi olaraq Federal Tədqiqatlar Bürosuna (FTB) müraciət edərək, ona dəstək verdim", - deyə o bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az