Ukraynanın Xerson vilayətində azərbaycanlı iş adamı, diaspor fəalı itkin düşüb.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimovun məlumatına görə, itkin düşən şəxs bir müddət öncə ölkənin şərqində gedən müharibə səbəbindən Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğludur. Onunla sonuncu dəfə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda əlaqə qurulub və T. Ələkbərov telefonda həyat yoldaşına izlənildiyini, hansısa problemləri olduğunu deyib. Bundan sonra o, yoxa çıxıb.
Yaxınlarının müraciəti əsasında Xerson polis idarəsi onun axtarışına başlayıb. Qeyd edək ki, son bir ayda Xersonda 2 azərbaycanlı iş adamı qətlə yetirilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL