Danimarkada ŞOK: İŞİD-ə qoşul, dövlətdən maaş al!

Danimarkada ŞOK: İŞİD-ə qoşul, dövlətdən maaş al!
Danimarka hökuməti terrorçulara işsizliyə görə müavinət verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hökumət İŞİD terror təşkilatına qatılan 145 vətəndaşından bəzilərinə 4 il müddətində işsizliyə görə müavinət verdiyi ortaya çıxıb.
Danimarkanın əmək naziri Troels Lund Poulsen keçən il Danimarka mətbuatında yer alan "İŞİD-ə qatılan danimarkalılar işsizlik maaşı alır" xəbərini təsdiqləyib.
Məlumata görə, İŞİD-ə qatılan 145 Danimarka vətəndaşından konkret olaraq 29-nun işsizliyə görə müavinət aldığı müəyyən edilib.
Nazir hadisəni "böyük qalmaqal” adlandırıb. İŞİD-ə qatılan danimarkalıların aldığı maaşın ümumi məbləğinin 85 min avroya çatdığı təxmin edilir.
Baş nazir Lars Lokk Rasmussen isə terrorçulara bu cür ödənişlərin edilməməsi üçün qanunveriçilikdə tənzimləmələrin ediləcəyini bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az