2015-ci ilin ilk beş ayında Azərbaycanın daşınmaz əmlak bazarında 29% azalma olub. İllik hesablamada da eyni mənzərədir - 29,4% azalma (1 iyun 2014-cü ildə 2144,146 mln manat, 1 iyun 2015-ci ildə 1513,022 mln manat).
Təkrar bazar 33,4% azalaraq 1326,727 mln manat təşkil edib, ilkin bazar 22,9% artaraq 186,295 mln manata çatıb, - deyə Azərbaycan Mərkəzi Bankı bildirir.
Vasitəçilərin payı 2014-cü ilin iyunu ilə müqayisədə 39,4% azalıb.
İpoteka kreditləşməsi 10,8% - 52,7 mln-dan 47 mln manata qədər azalıb. Fevral devalvasiyasından sonra ipoteka kreditləşməsi dayanıb, sonra yenə canlanıb.
Ekspertlər ipotekanın mənzil bazarında aktvlikdə və qiymət müəyyənləşməsində rolunu qeyd edirlər. Kreditləşmə həcmi azalsa, daşınmaz əmlak bazarında qiymətlər daha da düşəcək. Avropa Oyunlarından sonra "möcüzə” gözləyərək, bazarda qiymətlər donub. Amma böhrandan çıxış 2009-cu ildəki kimi tez olmayacaq. O vaxt iqtisadiyyat inkişaf edirdi. İndi əksinədir və payızda qiymətlər yenə ucuzlaşa bilər. Çünki vəsait axtaran vətəndaşlar qeyri-likvid əmlakdan qurtulmaq istəyəcək. ("Turan")
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL