Daxili İşlər Nazirliyində kütləvi ixtisar - 140 işçiyə 4 gün möhlət
Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlar başlayıb.
Vətəninfo.az xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, ÇPA-dan 140
nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib.
Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.
Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.
Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir.
Bundan
başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən
xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə
göndərilib.