Bakının Xətai rayonu, Mehmandarov küçəsində 57 yaşlı qadın 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.
Vətəninfo.az ANSPRESS-ə istinadla xəbər verir ki, hadisə şahidlərinin də dediyinə görə, mərhum 57 yaşlı Xatirə İsmayılova əvvəlcə dəmir günlüyün üstünə çıxaraq bir neçə dəqiqə orada dayanıb, canına qəsd etmək istəyib.
Lakin qonşuların onu dilə tutmasından sonra fikrini dəyişərək, yenidən pəncərədən içəri keçmək qərarına gəlib. Amma müvazinətini itirərək yıxılıb.
"Eyvandan baxırdım, bir də gördüm ki, üzbəüz binadan bir qadın balkonun dəmir günlüyün üstündə çıxaraq dayanıb. Əvvəl elə bildim ki, qadın aynanı təmizləyir. Sonra gördüm ki, yox,qadın intihar etmək istəyir. Artıq aşağıdan qonşuları qışğırmağa başladılar ”, – deyə hadisə şahidi Vüqar Ağabəyov bildirib.
"Eyvanda durmuşdum, birdən bir qadının pəncərəyə çıxdığını gördüm. İlk öncə qadın bir müddət dəmir günlüyün üstündə çıxaraq oturdu. Sonra durmaq istəyəndə müvazinətini itirərək yıxıldı”, – deyə hadisənin başqa şahidi Teymur Muradov qeyd edib.
Mərhum ailəli olub. Bina sakinlərinin sözlərinə görə, Xatirə İsmayılova buna qədər də bir neçə dəfə intihara cəhd edib. Lakin hər dəfə qarşısı alınıb və fikrindən daşınıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL