Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.
Türkiyənin "Anadolu" agentliyinin verdiyi xəbərə görə, Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.
Nəticədə şəhid və yaralıların olduğu bildirilir.
Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.
Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.
"Reuters” xəbər agentliyi isə terror nəticəsində 15 əsgərin şəhid olduğunu yazıb.
Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.
Agentlik hadisədə yaralanan əsgərlərdən 6-nın Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirildiyini də qeyd edib (APA).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL