"Dimplomumu alanda o adamlar qarşımda diz çökəcək"

"Moskva Dövlət Universitetində oxuduğumu bilərəkdən demişdim. Məqsədim də o idi ki, düşmənlərimi tanıya bilim. Mən səhv məlumat verməklə düşmənimi axtarırdım, artıq tapdım”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a eksklüziv açıqlamasında xalq artisti İlhamə Quliyeva bildirib. O, Moskva Dövlət Universitetində təhsil almadığı barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, özü məxsusi olaraq universitetin adını səhv bildirib: "Rusiyada təhsil ocaqları çoxdur. Mən Rusiyanın başqa şəhərində yerləşən təhsil ocağımda oxuyuram. Hazırda 3-cü kurs tələbəsiyəm, qiyabi şöbədə təhsil alıram. Oxuduğum universitetin adını açıqlamayacağam, qoy düşmənlərim nigaran qalsın. Buradakı sifarişçini də, Moskvada tapşırıq verilən adamı da tanıyıram. Zaman gələcək həmin adamlar qarşımda diz çökəcək. İnşallah, 2 ildən sonra diplomumu alanda böyük təqdimat mərasimi keçirəcəyəm”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az