Dollar bahalaşır, satış dayandı

Dollar bahalaşır, satış dayandı
Bu gün də banklarda dolların qalxdığı müşahidə edilir

Bu günə təyin olunan valyuta hərracı keçirilməmiş səhər saatlarından  bir sıra banklarda dolların bahalaşdığı müşahidə olunur. Qeyd edək ki, ötən həftənin cümə günündən bəri banklarda dolların alış və satış qiymətləri qalxır. 
Miq.az-ın "Marja”ya istinadən verdiyi xəbərə görə, dünən iş gününün sonuna yaxın 1 dolları 1.70 manata alan, 1.76 manata satan Kapital Bank, bu gün səhər 1 dolları 1.72 manata alıb, 1.7800 manat satır. Kapital Bank valyuta bazarında fəal iştirakçılardan  biridir.

Nikoyl Bank dolların alış qiymətini 1.67 manatdan 1.68 manata, satışını isə 1.77 manatdan 1.78 manata qaldırıb.

TuranBank dolların alış qiymətini 1.65 manatdan 1.67 manata qaldırıb, satış qiymətini isə dəyişməyib.

Azərbaycan Sənaye Bankı dolların alışını 1.65 manatdan 1.70 manata, satışını isə dəyişməyərək 1.8420 manatda saxlayıb.

Bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Bu baxımdan hərracın nəticəsi Dollar/Manat məzənnəsinin istiqaməti baxımından həlledici olacaqdır. Çoxları hesab edir ki, artıq dolların ucuzlaşması başa çatıb.  Belə iddialara baxmayaraq, hərracdan sürpriz nəticə çıxa bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az