Dollar və rubl bahalaşdı, avro ucuzlaşdı

Dollar və rubl bahalaşdı, avro ucuzlaşdı

Bu gün sentyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.

Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,23% azalaraq 1,1717 manata düşüb.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,32% artaraq 0,0154 manata enib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az