Domino oyunu qanla bitdi

Domino oyunu qanla bitdi

Tovuz rayonunda domino oynayan kişilər bir-birinə ağır xəsarət yetiriblər.

Hadisə bu gün saat 19 radələrində rayonun Qovlar kəndində baş verib.

Rayon sakini Rəhim Qasımov mübahisə zəminində çapacaqla Şaban Həsənovun başından zərbə endirib.

Başı yarılan Ş. Həsənov isə bıçaqla R.Qasımovu vurub. Onlar arasında dava domino oyunu üstündə olub.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az