Dünyada ilk üzən sualtı tunel

Dünyada ilk üzən sualtı tunel

Avtomobillərin rahat idarə olunması üçün vacib sayılan əlverişli yol infrastrukturunun yaradılması bəzi hallarda mümkün olmur. Bu amil əsasən ərazinin landşaft xüsusiyyətlərindən asılıdır. Norveçdə müvafiq problemin həlli üçün dünyada ilk dəfə üzən sualtı nəqliyyat tunelinin inşası planlaşdırılır.

AZƏRTAC "Live science” saytına istinadla xəbər verir ki, "Sognefjord” körfəzi ərazisində həyata keçiriləcək layihənin təşəbbüskarları suyun 30 metr dərinliyində yerləşdirilmiş üzən tunellər vasitəsilə avtomobillərin hər iki istiqamətdə uzun məsafələri daha rahat qət etməsinə imkan yaranacağını bildiriblər. 2035-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan layihənin reallaşması üçün 25 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.

Layihə uğurlu nəticə verərsə, Norveçin digər bölgələrində də oxşar tunellərin tikintisi həyata keçirilə bilər. Üzən tunellər vasitəsilə ölkənin cənub-şimal istiqamətində avtomobillərin hərəkət zamanının yarıbayarı qısaldılması mümkündür.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az