Dürdanə Əhədova işdən çıxarıldı
Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, idarənin İnformasiya təminatı sektorunun müdiri Dürdanə Əhədova işdən çıxarılıb. Bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən xeberler.az-a verilən məlumata görə, hazırda yeni vəzifəyə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov təyin edilib.
Qeyd edək ki, Orxan Abbasov Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Data Mərkəzinin nümayəndəsidir.