"Siz təsəvvür edirsinizmi insanlar ucuz qiymətə Gürcüstandan hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var. Əlbəttə, mən də arzu edərdim ki, aviabiletlərin qiymətləri daha ucuz olsun. Mənim ailəm də, dostlarım da xaricə uçurlar. Amma qiymətləri bazar tənzimləyir”.
Bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir Azərbaycandan başqa ölkələrə
çarter uçuşlarının da təşkil olunduğunu söyləyib: "Məsələn, yay
mövsümündə Monteneqro və Macarıstana reyslər təşkil edilir. Çarter
reyslərinin qiyməti daha ucuzdur, nəinki standart qiymətlər. Yəqin ki,
Gürcüstan və Rusiyada da ucuz paket təklif edən uçuşlar var.
Aviaşirkətlərin rəqəmləri müəyyən xərclərin üzərində qurulur. Azərbaycan
aviasiya şirkəti regionda aparıcı şirkətdir. Onun xərclədiyi vəsait
insanlar tərəfindən kompensasiya olunmalıdır. Azərbaycanda da turizm və
aviasiya şirkətləri birgə çarter uçuşları təşkil etməyi nəzərdə
tuturlar. Həmin uçuşlarda qiymətlər daha ucuz olacaq”. APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL