Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində böyük məbləğdə cərimələdiyi özəl klinikaların adlarını açıqlayıb.
Vətəninfo.az Trend-ə istinadla bildirir ki, Azərbaycanda ümumilikdə bu ilin ilk 6 ayı ərzində lisenziyasız və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 tibb müəssisəsi 242 000 manat məbləğində cərimələnib.
Ən yüksək cərimələr "Diaqnoz" Tibb Mərkəzi, "Bioloji Təbabət", "Bakı", "Aysmed" və "Ömür" klinikalarına qarşı tətbiq edilib. "Diaqnoz" Tibb Mərkəzi, "Bioloji Təbabət", "Bakı" klinikaları 30 000, "Aysmed" və "Ömür” klinikaları 20 000 manat məbləğində cərimələnib. Qalan klinikalar isə 2000-6000 manat məbləğində cərimə edilib.
Səhiyyə Nazirliyi insanlara lisenziya olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlərin qeyd edilmədiyi müəssisələrə müraciət etməməyi, bununla özlərinin və yaxınlarının həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edir.
Xatırladaq ki, hazırda Azərbaycanda 650-dən çox özəl müalicə-profilaktika müəssisəsi var.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL