“Azərsun Holdinq”in şefi Ankarada xəstəxana tikəcək
“Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdulbari Gözəlin Türkiyəyə investisiyaların qoyulması yolunda addımlar atdığı haqqında bir müddət əvvəl Vətəninfo.az xəbər vermişdi. Onu da bildirmişdi ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin bir sıra bölgələrində iqtisadi dirçəlişə nail olmaq, eyni zamanda işsizliyin aradan qaldırılması yolunda ciddi addımlar atmaq niyyətindədi. Bu atılacaq addımlar sırasında hazırda Türkiyədən kənarda ciddi kapitala malik türk iş adamlarının cəlbi də var ki, R.T.Ərdoğan bu çərçivədə Abdulbari Gözəli Türkiyəyə dəvət edib. Artıq bu dəvət rəsmi işə keçib. Vətəninfo.az xəbər verir ki, “Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdulbari Gözəl Ankarada bu çərçivədə böyük bir xəstəxana tikəcək. Artıq ötən gün A.Gözələ məxsus şirkətin inşa edəcəyi xəstəxananın təməlqoyma mərasimi keçirilib və təməlqoyma mərasimində Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Məlumata görə, A.Gözəl təkcə xəstəxana tikməklə yetinməyəcək və bunun ardınca Ərzurum bölgəsində böyük bir fabrikin inşasına başlaycaq. Burda məqsəd bölgədə yetişən tərəvəz və meyvələrin konservləşdirilməsi və ölkə daxilində və xaricdə satışının təşkilidi.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR