Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin toplantısında hökumət üzvləri ilə vidalaşacaq.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beştəpədə keçiriləcək görüşdə R.T. Ərdoğan həmçinin hökumət üzvlərindən halallıq istəyəcək.
Bundan əlavə, Nazirlər Kabinetinin bugünkü toplantısında Suriyadakı hadisələr, sərhəddəki son vəziyyət və Türkiyənin təhlükəsiz bölgə qurmaq şansları dəyərləndiriləcək
Qeyd edək ki, Ərdoğan bundan əvvəl yanvarın 19-da, ən son isə aprelin 20-də kabinetin toplantısına başqanlıq edib.
Əgər koalisyon hökuməti qurularsa, bugünkü görüş Ərdoğanın başqanlıq etdiyi son Nazirlər Kabineti toplantısı olacaq.
İclasdan sonra hökumət üzvlərinə iftar yeməyində bir araya gələcək Ərdoğan baş nazirin köməkçiləri Bülənt Arınç, Ali Babacan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Kənd təsərrüfatı naziri Mehdi Əkər, Çalışma və sosyal Güvənlik naziri Faruk Çeliklə vidalaşacaq və onlardan bir daha halallıq istəyəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL