Ərdoğan: “Suriyada yeni hərbi əməliyyatlar hər an başlaya bilər”

Ərdoğan: “Suriyada yeni hərbi əməliyyatlar hər an başlaya bilər”
Suriyada YPG/PYD, həmçinin PKK terrorçularına qarşı yeni hərbi əməliyyatlar hər an başlaya bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada yeni əməliyyatlara başlamağa hər an hazırdır:
"Suriya ərazisində YPG/PYD-yə qarşı yeni hərbi əməliyyatlara hazırlıq prosesi artıq başa çatıb”.
Xatırladaq ki, oktyabrın 28-də Türkiyə SQ Suriya ərazisində YPG/PYD terrorçularının mövqelərinə zərbələr endirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az