Ərdoğandan müharibə xəbərdarlığı - "Bir gecə qəfil gələ bilərik"

Ərdoğandan müharibə xəbərdarlığı -
"İdlibdəki əməliyyatının böyük hissəsi artıq bitib. Növbədə Afrin var. Bir gecə xəbərsiz gələ bilərik".
 
İstiPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin toplantısında səslənib. 
Onun sözlərinə görə, ölkəsinin bir addımlığında baş verənlər onlar üçün potensial təhlükə mənbəyidir. "Biz hər addımımızda qərarlıyıq. Geri dönmək niyyətimiz yoxdur. 
O, ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib. "Ey Amerika, Suriyada terror təşkilatı PKK-nın bir qolu olan PYD/YPG ilə Rakka əməliyyatı keçirir. "PKK deyil" deyirlər. Rakkada separatçı posterlərin asılmasını nə ilə izah edecəksən ey Amerika?
Biz reallıqları deyirik. 3500-dən çox yük maşını bölgəyə silah aparır. Bəs siz demokratiyanaın beşiyi idiniz. Gücünüz Ərdoğanın 13 mühafizəçisinə çatar ancaq".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az