Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü bu ilin noyabr ayında Kazanda keçirilə bilər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım "RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Türkiyə prezidentləri arasında ikitərəfli görüş noyabr ayının sonunda Kazanda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tuta bilər.
Səfir deyib ki, dövlət başçıları arasında görüşdə müzakirə olunacaq mövzulardan biri "Türk axını” layihəsi olacaq: "Əlbəttə ki, bu məsələ müzakirə olunacaq məsələlər arasında olacaq”.
Türkiyəli diplomat Ərdoğanla Putinin daha tez görüşə biləcəklərinin mümkünlüyünü qeyd edib: "Biz bunu istisna etmirik. Ola bilsin ki, belə görüş hansısa beynəlxalq sammit çərçivəsində olsun. Qeyd etmək istəyirəm ki, "Böyük 20-lər”in sammiti Türkiyənin Antalya şəhərində keçiriləcək. Orada iki liderin görüşü mümkündür. Bundan başqa, Asiya Sakit Okean Ölkələrinin Forumu (ASEAN) var. Orada da Erdoğan və Putin görüşə bilərlər. Lakin hazırda liderlərin görüşü barədə hansısa planlaşdırılmış iş aparılmır”.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL