Əri müğənniyə 9 milyonluq avtomobil bağışladı
"А’Studio” qrupunun solisti Keti Topuriya 29-cu ad gününü keçirib.
Vətəninfo.az məlumat verir ki, Axşam.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, eyni zamanda iş adamı Lev
Qeyhmanla evliliyinin iki illiyini qeyd edən müğənni ailə üzvləri və
dostları ilə bir araya gəlib. Ketiyə əri ad günü hədiyyəsi olaraq isə 9
milyon rubl (təxminən 137 min manat) dəyərində olan avtomobil
bağışlayıb.
İfaçı yeni maşınının fotosunu İnstaqram səhifəsində paylaşaraq "Baxın, mənim yeni "atım” şərhini yazıb.
Qeyd edək ki, bu yaxınlarda Oliviya adlı qızları dünyaya gələn Keti ilə Lev bir müddətdir Amerikada istirahət edirdilər.