Erməni gənclərin əsgərdən qaçma planı

Erməni gənclərin əsgərdən qaçma planı
Onlar Qarabağa getmək istəmirlər

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət almağın mexanizmi müəyyən edilib. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, İstintaq Komitəsi müəyyən edilən faktla bağlı cinayət işi açıb. 

İlkin istintaq zamanı hərbi xidmət yaşı çatan iki gəncin sağlamlıq haqqında saxta sənədlərlə arayış almaları faktlarla sübut edilib. 

Gənclərin valideynləri 2016-cı ilin oktyabrı ilə 2017-ci ilin fevral ayına kimi danışıqlara əsasən müəyyən vəzifəli şəxslərə əvvəlcədən razılaşdırılmış həcmdə pul veriblər. Onlar isə vəzifələrindən sui-istifadə edərək gənclərin məcburi hərbi xidmətdən azad edilməsi və ya möhlət hüququ almasına kömək ediblər.  

Saxta tibbi arayışlar təqdim edən gənclər hərbi xidmətə yararsız hesab ediliblər və 3 il möhlət hüququ alıblar. Polis rüşvət verəni də, alanları da saxlaya bilib. 

Görünür ki, Ermənistanda hərbi xidmətdən qaçmaq istəyən gənclərin sayı günü-gündən artır. Onlar Qarabağ uğrundə nə döyüşmək, nə də ölmək istəyirlər. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az