Erməni ordusunun 11 texnikası belə sıradan çıxarıldı

Erməni ordusunun 11 texnikası belə sıradan çıxarıldı
Ermənistan ordusunda yeni insident qeydə alınıb.

Axar.az xəbər verir ki, bu məlumatı "Joxovurd” qəzeti yayıb. Qəzet hüquq-mühafizə orqanlarının keçirdiyi baxış zamanı ordu bölmələrindən birində xidmət edən zabitlərdən birinin benzin qaçaqmalçılığı ilə məşğul olduğunu müəyyən etdiklərini bildirib. Məlumata görə, zabit hərbi hissədəki 11 döyüş maşınından benzin oğurlayaraq, onların çənlərini su ilə doldurub:
"Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, bunun nəticəsində 11 döyüş maşınında texniki problemlər yaranıb və bu texnika ordunun arsenalından çıxarılıb. Hazırda məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az