Ermənistan inflyasiya səviyyəsinə görə MDB-də "liderdir"

Ermənistan inflyasiya səviyyəsinə görə MDB-də
Ermənistan postsovet ölkələri arasında inflyasiya səviyyəsinə görə liderdir.

AzVision.az xəbər verir ki, Belarusun "BelaPAN" informasiya agentliyi keçmiş SSRİ ölkələrinin milli statistika orqanlarının məlumatları əsasında yanvar ayında istehlak mallarının qiymətinin artması üzrə analiz aparıb.
İstehlak mallarının qiymət artımı üzrə ilk üçlükdə Ermənistan və Özbəkistan
(2,7%) və Ukrayna qərarlaşıb (1,5%). Belarus (0,8%) dördüncü pillədə yerləşir.

Belarusdan daha aşağı səviyyədə inflyasiya Gürcüstan, Qazaxıstan, Qırğızıstanda 0,6%, Moldova, Tacikistan, Estoniyada 0,4%, Litva və Rusiyada isə 0,3% olub.

Məlumatda qeyd olunub ki, yanvar ayı üzrə Azərbaycanda və Latviyada istehlak mallarınln qiymətində dəyişikliklər baş verməyib. Türkmənistan üzrə isə statistik məlumatlar yoxdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az