Ermənistan Kəlbəcərdə hərbi təlim keçirir

Ermənistan Kəlbəcərdə hərbi təlim keçirir
Ermənistanın Hərbi Qüvvələri aprelin 11-də, Azərbaycanda seçki günündə işğal olunmuş Kəlbəcərdə planlaşdırılmamış hərbi təlim keçiriblər.

Oxu.Az xəbər verir ki, bu haqda "Lragir” nəşriyyatı yazır.
Ermənistan HQ-nin Baş Qərargahının rəisi Movses Akopyanın sözlərinə görə, təlim ilk dəfə ön xəttə keçib. Həmçinin döyüş atəşi açılaraq, dağ şəraitində döyüş əməliyyatlarının ssenarisi hazırlanıb.
Təlim ssenarisinə əsasən Ermənistan HQ düşmənin qəfil hücumunun qarşısını alıb.
Belə ki, hədəf Kəlbəcərin müdafiəsidir. Təlimə Ermənistan HQ-nin hərbi hava hissələri, həmçinin Mi-24 zərbə endirən vertolyotu və Su-25 hücumçuları cəlb edilib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az