Ermənistan prezidenti Armen Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Movses Akopyanı istefaya
göndərib.
Sputnik Azərbaycan xəbər verir ki, onun yerinə Artak Davtyan təyin edilib.

Bəs Artak Davtyan kimdir?
Artak Davtyan 1990-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Ali Hərbi Məktəbinin komanda taktiki şöbəsinə daxil olub. 1995-1998-ci illərdə Davtyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasında təhsil alıb və buranı fərqlənmə ilə bitirib.
1998-2005-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi birləşmələrində vəzifələr tutub. 2005 — 2006-cı illərdə Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb. O, Hərbi Akademiyanı fərqlənmə ilə bitirib.
2006-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəis müavini təyin edilib. 2007-ci ildə isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəisi olub.
2010-cu ilin yanvarın 25-də isə Artak Davtyana general-mayor rütbəsi verilib. 2017-ci il sentyabrın 28-də Ermənistan Silahlı Qüvvələrinin Beşinci Ordu Korpusunun rəhbəri təyin edilib. Ötən gün Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilənədək bu vəzifədə çalışıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?