Ermənistan ordusunda 40 milyonluq OĞURLUQ – Mayor saxlanıldı

Ermənistan ordusunda 40 milyonluq OĞURLUQ – Mayor saxlanıldı
Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi dərman bazasından 40 milyon dramlıq oğurluq edilib.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Baş Prokurorluğunun mətbuat xidməti bildirib.
Xəbərə görə, hərbi polis tərəfindən aparılan araşdırmanın gedişatında aydınlaşıb ki, "N” saylı hərbi hissənin içərisində olan dərmanların mərkəzi bazasından 40 milyon dram məbləğində dərman və tibbi avadanlıq oğurlanıb. Fakt üzrə hərbi hissənin komandirinin müavini, mayor rütbəli L.A. saxlanılıb.
Cinayətə cəlb olunan şəxslərin dairəsi müəyyən edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az