Ermənistan ordusunda növbəti intihar
19 yaşlı hərbçi pulemyotdan atəş açaraq özünü öldürüb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb.
İstiPress Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
İnformasiyaya görə, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.
Bu Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 4-cü hərbçidir.
Miq.az