“Ermənistan ordusunun əsgərlərini tez-tez məhv etməliyik”

“Ermənistan ordusunun əsgərlərini tez-tez məhv etməliyik”
"Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirəyə çıxarılmalıdır. Bu müzakirələrdə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər aidiyaytı qurumlar da iştirak etməlidir”.
Vətəninfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, burada məqsəd dünya birliyinə mesaj vermək olmalıdır:

"Biz bundan sonra torpaqlarımızın işğalı ilə barışası deyilik. Avropa onlara gələn qaçqınlarla bağlı səs-küy salır və onları saxlaya bilməyəcəklərini qeyd edir. Azərbaycan isə 1 milyon qaçqınını saxlayır. Onların çoxu iş yerini itirib, onların çoxu yataqxanalarda və ya digər yerlərdə acınacaqlı halda yaşayır.

Bundan sonra nə edəcəyimizi müzakirə etməliyik. Tanınmış simaların iştirakı ilə bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac var. Ordumuz çalışmalıdır ki, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər Ermənistan sərhəddə daimi itki versin. Biz ara-sıra yox, daimi olaraq düşmən ordusunun əsgərlərini məhv etməliyik”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az