Ermənistan parlamenti Paşinyana yenə "YOX" DEDİ

Ermənistan parlamenti Paşinyana yenə
Ermənistan parlamenti növbəti dəfə Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsini qəbul etməyib.

Miq.az publika.az-a istinadla xəbər verir ki, səsvermə zamanı 62 nəfər qanun layihəsinin lehinə, 2 nəfər əleyhinə səs verib. Layihənin qəbul edilməsi üçün 63 səs lazımdır.

Parlamentdə çoxluq təşkil edən Respublika Partiyası səsverməni boykot edib. Oktyabrın 22-də keçirilən səsvermə də Respublika Partiyası eyni addımı atmışdı.
Qanun layihəsində səsvermədə səs baryerinin azaldılması, rayon siyahısının azaldılması kimi dəyişikliklər nəzərdə tutulmuşdu. Paşinyan növbəti parlament seçkilərinin keçirilməsi üçün bu dəyişikliyi önəmli hesab edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az