Ermənistan yeni silahlar almaq istəyir

Ermənistan yeni silahlar almaq istəyir
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, Ermənistan Azərbaycanın hərbi potensialını saxlaya biləcək Rusiya hərbi texnikasının alınmasında maraqlıdır.
 
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Sarkisyan eyni zamanda bəyan edib ki, Ermənistan silah alışı ilə bağlı yalnız rusiyalı tərəfdaşları ilə deyil, digər tərəfdaşlarla da danışıqlar aparır. 

"Biz Azərbaycanın artan silah arsenalını və Azərbaycan Respublikasında döyüş növbətçiliyində dayanan bir sıra silahların istifadəsinin qarşısını ala biləcək texnikaları almaqda maraqlıyıq”, - deyə Ermənistanın müdafiə naziri bildirib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az