Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması tələb olunur

Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması tələb olunur
"Biz hökumətdən Rusiya telekanallarının Ermənistan ərazisində yayımının qadağan olunmasını tələb edirik”.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla "Ermənistan dövləti naminə cəbhə” çıxış edib.
"Rusiya telekanalları Ermənistan Konstitusiyasını aşağıladığı, milli zəmində ayrıseçkiliyə, qanunla qadağa olunmuş fəaliyyətlərin təbliğatına yol verildiyi üçün biz "RTR-Planeta”, "Pervıy kanal” və "Mir” telekanallarının Ermənistanda yayımı ilə bağlı lisenziyanın ləğvini tələb edirik. Həmin səbəbdən NTV, "Zvezda”, "RenTV” və kabellə yayımlanan Rusiyanın bütün telekanallarının lisenziyasının fəaliyyətinin dayandırılmasını tələb edirik”, - deyə bəyanatda bildirilir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az