Ermənistanı işğal edən yeni qüvvə
Kütləvi hücumun səbəbləri heç cür izah edilmir
İlanlar Ermənistanı işğal etməkdə davam edir.
Bu Cənubi Qafqaz respublikasına ilanların hücumu zəifləmir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bu barədə siqnalların kəskin artması barədə məlumat verib. FHN mütəxəssisləri ilanları həyətlərdə, samanlıqlarda, anbarlarda, mənzillərdə və heç gözlənilməyən yerlərdə aşkar edirlər.
Bu sahənin mütəxəssisləri hələ də ilanların Ermənistana kütləvi hücumunun səbəbini izah edə bilmirlər. İsti havaya istinadlar da elə də əsaslı deyil. Çünki başqa ölkələrdə havanın temperaturu yetərincə yüksəkdir, amma oralarda sürünən yırtıcılar elə də çox deyil.
Görünür, yerli müdriklərə inanmaq lazımdır. Onlar düşünür ki, Ermənistana bu cür kütləvi hücum təsadüfi deyil. Deyirlər ki, ilanlar instinktiv şəkildə Ermənistanın siyasi elitası ilə qohumluq hiss ediblər və ona görə gəliblər.
Gerçəkdən onların arasında çox oxşarlıq var. İlanlar da erməni siyasətçilər kimi çox mütəhərrikdirlər, qəfildən hücum etməyi sevirlər, baş əyir və dərhal elə yerə sürünürlər ki, onu oradan çıxarmaq mümkün deyil. Onları həm də hər şeydən xeyir güdmək və aqressivlik birləşdirir. Buna görə demək olar ki, məhz bu versiya gerçəkliyə daha uyğundur. //İstipress.com
Miq.az