"Havaların normadan isti keçəcəyinin proqnozlaşdırıldığı iyul və avqust aylarında Bakıda ət kəsimi və satışının aparıldığı yerlərdə monitorinqlər aparılacaq, həmin obyektlərdə baytarlıq nəzarəti gücləndiriləcək".
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.
A.Aslanovun sözlərinə görə, əslində İdarə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsindən gücləndirilmiş iş rejimində işləyir: "Paytaxt ərazisində ətin kəsimi və satışının aparıldığı bütün obyektlərdə reydlər keçirilir. Yay mövsümü ilə əlaqədar heyvanların həkim nəzarətindən kənar kəsiminə yol verilməməsi, sanitariya qaydalarının gözlənilməsi, ətin müvafiq sənədlərinin olması, birbaşa gün şüalarından qorunması, üstünün örtülməsi, soyuducuda saxlanması və s. tələblər irəli sürülür".
İdarə rəisi qeyd edib ki, aparılan reydlər nəticəsində bu tələbləri yerinə yetirmədiyinə görə artıq 30 nəfər barəsində inzibati protokol tərtbib edilib və hər biri min manat məbləğində cərimə edilib: "Lakin bu il iyul-avqust aylarında havaların normadan artıq isti keçəcəyini nəzərə alaraq, əhalinin qida təhlükəsizliyinin və sağlamlığının qoruması üçün nəzarət tədbirləri daha da gücləndiriləcək".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL