Evlərdən qızıl oğurlayan qadın tutuldu
Bakıda evlərdən qızıl oğurlayan qadın saxlanılıb.
Avqustun 20-də Binə qəsəbəsində yaşayan Cəvahir Mikayılovanın evindən qızıl əşyalar oğurlanıb.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Gülnaz
Mirzəyeva tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri
ilə onun Aytac Cəfərliyə və Günel Cəfərovaya məxsus evlərdən də qızıl və
məişət əşyaları oğurlaması müəyyən edilib.
Modern.az