Evlərin qiyməti qalxıb

Evlərin qiyməti qalxıb
 Mənzil bazarında qiymətlər manat ifadəsində ötən ilin müvafiq dövrünə nəzərən 6.1% artıb.
Təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 6% və 12.6% təşkil edib. Təkrar mənzil bazarında ən yüksək qiymət artımı elit mənzillər üzrə (9.7%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillər üzrə (16.9%) müşahidə olunub. Hesabat dövrü ərzində yaşayış sahəsi üzrə kirayə haqqı 24.1%, kommersiya obyektləri üzrə icarə haqqları isə 31.2% aşağı düşüb.
Dövr ərzində ümumi sahəsi 870.4 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib. Bu da ötən ilin müvafiq dövrünə nəzərən 5.5% çoxdur. İnvestisiyaların həcmi ötən ilin müvafiq dövrünə nəzərən əmlakla əlaqədar əməliyyatlar üzrə 25.7% çox olub.
Publika.az
 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az