Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, iqtisadçı Mustafa Sönməz evlərə olan tələbatı qiymətlərin artması ilə izah edib: "Bəziləri investisiya məqsədi ilə ev alarkən, digərləri qiymətlərin daha da artmasından ehtiyat edərək ev almağa tələsir". Qeyd edək ki, satışın böyük hissəsi İstanbulda həyata keçirilir.
"Report"un analitik qrupu qeyd edir ki, təhlil olunan illik dövr ərzində türk lirəsi 30%-lik devalvasiya məruz qalıb. Yəni, milli valyutanın məzənnəsi 2,08 TRY/USD-dən 2,70 TRY/USD-yə qədər yüksəlib. Bu dəyişikliyə əsasən, yerli valyutada qiymətlər real olaraq İstanbulda sabit qalmış hesab oluna bilər. Amma Ankara və İzmirdə real olaraq dollar ifadəsində müəyyən azalma mövcuddur.
Həmin müddətdə bankların bu sahəyə ayırdığı kreditlərin həcmi 20% artıb və 138 mlrd. lirəyə (51 mlrd. dollar) çatıb. Kreditlə satılan mənzillərin sayı 46%, yeni tikilən binalarda ipoteka ilə alınmış evlərin sayı isə 52% artıb.
İqtisadçılar Türkiyədə yaxın 2-3 ildə ev satışının likvidliyin azalması və bank kreditlərinin məhdudlaşdırılması səbəbindən bir qədər səngiyəcəyini bildirirlər.