Ayrık keçən il yarışmada
"gələcək vəd edən" mükafatını qazanıb, bu il isə birinci olub. 180
santimetr boylu, 22 yaşlı qızın ən böyük arzusu aktrisa olmaqdır. O, bu
yarışmadan çıxan oğlanların daha məşhur olması ilə bağlı sindromu qırmaq
niyyətindədir:
"Modellərin verdiyi çılpaq pozlar mənə çox
uzaqdır. Ailə tərbiyəm buna uyğun deyil. Film sahəsində Türkan Şoray
qədər də olmasa Şoray qanunlarını qoruyacağam".
21 yaşlı Yılmaz
Kunt isə Kıvanç Tatlıtuğ, Kenan İmirzalıoğlu, Burak Özçivit və Çağatay
Ulusoydan sonra bu yarışmadan çıxan növbəti ulduz kimi
proqnozlaşdırılır.
İndiyə qədər model və ya aktyor olmağı fikirləşməyən Yılmaz başına gələnləri belə danışıb:
"Məncə,
İstanbul yaşamaq deyil, gəzmək üçün idealdır. Ona görə həftə sonları
İstanbula gəlirdim. İndiki menecerim məni orada görübmüş. İnstaqramda
mesaj yazdı, yarışmaya qatılmaq üçün isə son gün idi... Bir də gördüm
ki, müsabiqəyə hazırlıq düşərgəsindəyəm. 7 ayda 14 kiloqram arıqladım".
O, tez-tez əxlaqsız təkliflər aldığını deyir:
"Həm
yazılı olaraq təkliflər gəlir, həm də foto göndərirlər. Bunlar özümü
bəzən pis hiss etdirir. Seksual olaraq qəbul edilmək pis deyil, amma
insan özünü bir əşya kimi görür".
Kunt bu mövsüm Kanal D-də başlayacaq yeni serialda çəkiləcəyini deyib.



