"Facebook"dan "Twitter"ə zərbə

Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" istifadəçiləri üçün yeni proqram hazırlayır. Anspress-in məlumatına görə, smartfonlar üçün nəzərdə tutulan yenilik qısa xəbərlərin çatdırılmasına xidmət edəcək. 
"Facebook"un yeni məhsulunun "Twitter"ə rəqib olacağı gözlənilir. Şirkət artıq həcmi 100 işarədən çox olmayan qısa mesajların mobil telefonlara göndərilməsi sisteminin sınaqlarına başlayıb.
Sözügedən sistem istifadəçilərə müxtəlif mənbələrdən dəqiq xəbərləri operativ şəkildə çatdırılmasını təmin edəcək. Yeniliyin bu ilin sonuna kimi istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.

Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az