Bu ilin II rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili Təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək, 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.
Ümumilikdə, monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin II rübündə Nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, Nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib.
Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsində ötən rüb daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının aparılmış monitorinqi Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar olaraq gerçəkləşdirilib.
"Report"
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”